banner
banner

Sosİal

Meşələrin qırılmasına qarşı mübarizə tədbirləri müzakirə edilib

| Xəbər 5426 dəfə oxunub
Meşələrin qırılmasına qarşı mübarizə tədbirləri müzakirə edilib

Meşələrdə ağacların kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Quba rayon İcra Hakimiyyətində görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ETSN-nin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib.

 

Görüşün nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.

Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi