banner
banner

Mədənİyyət

Akademik Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçirilib

| Xəbər 6552 dəfə oxunub
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçirilib.

 

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, premyerada Qırğızıstanın Azərbaycandakı səfiri, səfirliyinin əməkdaşları və digər qonaqları iştirak edib. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edirlər. Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb. Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi