banner
banner

Mədənİyyət

Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

| Xəbər 6708 dəfə oxunub
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə Müslüm Maqomayevin xatirəsinə həsr edilən musiqili gecə Kiyevin ən məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademiyasının Opera Teatrında keçirilib.

Xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai xadimlər, mədəniyyət xadimləri, KİV-lərin qatıldığı musiqili gecədə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib. Bildirib ki, Müslüm Maqomayevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı əsərlər bu gün dünya səhnələrində səsləndirilir. Bu cür tədbirlər onu sevənlərə həm də bir hədiyyədir.

M.Maqomayevin yaradıcılığından danışan Ukrayna Milli Akademiyasının Opera Teatrının direktorunun müavini Oksana Koqut bildirib ki, onu bütün dünyada tanıyır və sevirdilər. Çox zəhmətsevər, qayğıkeş, təvazökar insan olan M.Maqomayev neçə-neçə istedadlı musiqiçi nəsli yetişdirib.

Sonra Ukraynanın tanınmış incəsənət xadimləri səhnəyə çıxıblar və M.Maqomayevin repertuarından onlarla mahnı ifa ediblər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi