banner
banner

Sosİal

Heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə başa çatıb

| Xəbər 7864 dəfə oxunub
Heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə başa çatıb

Heyvanlar arasında qarayara xəstəliyinə qarşi peyvəndləmə başa çatıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın əvvəllərindən etibarən Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.

Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2551996 baş iribuynuzlu, 7353609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) yekunlaşıb. Cavan heyvanlarda peyvəndləmə isə cari ilin 3-cü kvartalında aparılacaq.

Maariflənmə üçün bildirək ki, qarayara ev və vəhşi heyvanlar, həmçinin insanlar üçün təhlükəli olan bakteriya mənşəli xəstəlikdir. Xəstəliyə gövşəyən heyvanlar yırtıcılara nisbətən daha həssasdır. Xəstəliyin törədicisi həssas orqanizmə alimentar (qidalanma yolu) yol ilə zədələnmiş selikli qişalardan və ya dəridən keçir. Xəstəliyin mənbəyi əsasən bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur, ona görə ki, b.anthracis sporları, ətraf mühit şəraiti və dezinfeksiyaya qarşı davamlı olub, torpaqda illərlə qala bilər. Leşyeyən quşlar da torpağı çirkləndirə bilər, çünki qarayaraya yoluxmuş cəsədləri yeyib bir sahədən digərinə yaya bilərlər. Yoluxmuş heyvanların qurudulmuş və ya digər yollarla işlənilmiş dəri və gönləri illərlə sporlar tərəfindən sığınacaq kimi istifadə oluna bilər və bu da xəstəliyin yayılmasına gətirib çıxara bilər.

 

Qarayaraya şübhəli cəsədləri yarmaq qadağandır. Heyvan cəsədinin yarılması sporların yayılmasına gətirib çıxarır və yaran şəxs üçün xəstəliyə yoluxma səbəbi ola bilər.

Xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və mövcud baytarlıq qaydalarına əsasən tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi