banner
banner

Sağlamlıq

Sağlam qida yoxdur - Bu da səbəbləri...

Sağlam qida yoxdur

Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. İlk qrup yalnız sağlam qidalar qəbul edib, ikincilər isə sağlam hesab edilməyən məhsullarla qidalanıb: Yarımfabrikatlar, çipsi, qazlı içkilər, dondurulmuş məhsullar və s (bütün tədqiqatda təxminən 47 000 məhsul cəlb edilib).

Veysman İnstitunun araşdırmaçıları: Professor Eran Elinav, onun həmkarı Eran Seqal bu araşdırmanı aparan həmkarları ilə birgə qeyri-adi nəticəyə gəlib. Məlum olub ki, orqanizmin qəbul etdiyi qidalara reaksiyası sırf fərdidir. Yəni biz hətta eyni yeməyi yesək də, onun mənimsənilməsi prosesi müxtəlif insanlara çox müxtəlif cür təsir göstərir. Hər iki qrupun iştirakçılarında həm müsbət, həm də mənfi dəyişikliklər müşahidə olunub. Odur ki, kiməsə müsbət təsir göstərən hər hansı faydalı məhsul digəri üçün zərərli ola bilər.

Xüsusilə, müxtəlif eksperiment iştirakçılarının eyni qidanı yemələrinə baxmayaraq qanda şəkərin miqdarı köklü surətdə fərqlənib. Veysman İnstitutunun aparıcı elmi işçisi doktor Eran Elinav araşdırma haqqında bunları deyib:

"Könüllülər qrupu üzərində aparılan araşdırma nəticəsində qərara gəldik ki, mövcudluğumuzun baza konsepsiyası nə qədər qeyri-dəqiqdir. Qanda şəkərin səviyyəsini qiymətləndirən qidaların qlikemik indeksi obyektiv ölçə bilməz və hər bir insana ayrı uyğunlaşdırılmalıdır.

Məhz buna görə də biz tez-tez müşahidə edirik ki, iki nəfərin ikisi də eyni pəhrizi saxlamasına baxmayaraq, biri sürətlə artırır kökəlir, digəri isə dəyişməz olaraq qalır. Tədqiqatın yekunlarına görə, pəhrizin nəticəsi insanlarda metabolizmin xüsusiyyətlərinə görə çox dəyişir".

Araşdırmada 45 yaşında bir iştirakçı köklük və diabet xəstəliyindən əziyyət çəkib. Xəstə bir çox pəhrizlər saxlamasına baxmayaraq, arıqlamağa nail olmayıb. Sonda üzə çıxıb ki, onda şəkər səviyyəsinin yüksəlməsinin səbəbi adi pomidorlardır. Qanda şəkərin səviyyəsini normaya salmaq üçün ona sadəcə pomidordan imtina etmək lazım idi. Halbuki, pomidor çox faydalı məhsul sayılır.

Bu da o deməkdir ki, hamı üçün universal düzgün pəhriz təəssüf ki, yoxdur. Bundan əlavə, sizin üçün uyğun olan 5 il əvvəlki menyu indi sizə zərər gətirə bilər. Tədqiqatın nəticələrinə görə hazırlanmış məruzədə deyilir ki, "sağlam" və "naxoş" məhsullar hər bir insan üçün həm fərdi, həm də onun həyatının müəyyən anında təyin edilməlidir. Bu səbəbdən də hamı üçün sağlam qidalanma mövcud deyil, amma bağırsaq mikroflorasının müxtəlif qidalara reaksiyasına əsaslanaraq fərdi qida rasionu seçmək olar.

Doktor Eran Elinav dünyanın bütün diyetoloqlarını, qastroenteroloqlarını və immunoloqlarını fərdi pəhriz hazırlamağa və sağlam qidalanma standart formulundan istifadə etməməyə çağırıb.

Yəhudi alimlərin bu araşdırması onu götərir ki, sağlam həyat tərzi üçün ciddi məhdudiyyətlərə ehtiyac yoxdur. Artıq çəki ilə mübarizə az yemək demək deyil. Formada qalmaq üçün sadəcə olaraq vücudun ehtiyaclarına ən çox uyğun olan verən qidanı yemək lazımdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.