banner
banner

Sİyasət

Qənirə Paşayeva dünyanın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib

| Xəbər 2395 dəfə oxunub
Qənirə Paşayeva dünyanın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Avstraliyanın “Freedoom” təşkilatının qurucusu və rəhbəri Annie Beaulieu, “Australian Women Donors Network” təşkilatının rəhbəri Julie Reilly,“B-Team Australasia” rəhbəri Lynette Mayne, filippinin “İmperial Housing Corp” şirkətinin prezidenti Emma İmperial, Sinqapurun “Limen Lab,MetLife” şirkətinin direktoru Zia Zaman və Monqolustanın tanınmış təşkilat rəhbələri ilə görüşüb. Görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən, Azərbaycanın böyük iqtisadi potensialı barədə də danışan millət vəkili Q. Paşayeva onları Azərbaycana dəvət edib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi