banner
banner

Krİmİnal

Şamaxıda qohumlar arasında kütləvi dava baş verib

| Xəbər 2185 dəfə oxunub
Şamaxıda qohumlar arasında kütləvi dava baş verib

Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

APA-nın xəbərinə görə, bu gün axşam saatlarında rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi