banner
banner

İdman

Kolumbiya yığması DÇ-2018 çərçivəsində Yaponiya millisinə məğlub oldu

| Xəbər 3238 dəfə oxunub
Kolumbiya yığması DÇ-2018 çərçivəsində Yaponiya millisinə məğlub oldu

Yaponiyanın futbol üzrə yığma komandası Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində Kolumbiya millisinə qalib gəlib.

Trend-in məlumatına görə, oyun 2:1 hesabı ilə yekunlaşıb. "H" qrupunun bu oyunu Saransk şəhərində keçirilib.

Kolumbiyalılar ilk dəqiqələrdən meydanda azlıqda qalıblar, Karlos Sançes əllə oyuna görə qırmızı kart alıb. Penaltini isə yaponların yarımmüdafiəçisi Sindzi Kaqava reallaşdırıb - 1:0.

 

Oyunun 39-cu dəqiqəsində Xuan Kintero hesabı bərabərləşdirib, 73-cü dəqidəqə isə yaponların qələbə, oyunun isə sonuncu qolu vurulub. Qolun müəlifi Yuya Osako olub.

Qrupun növbəti oyunu bu gün Bakı vaxtı ilə 19:00-da Moskvanın "Spartak" stadionunda Polşa və Seneqal yığmaları arasında keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi