banner
banner

Gündəm

Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Mən nə desəm, qızım onu edəcək"

Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı:

Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir.

AZXEBER.COM hadisəni araşdırmaq məqsədilə qızın atası Rasim Təhməzovla əlaqə saxlayıb. 

- Bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda "Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədovun qızınızı zorlaması və onun hamilə olması haqda iddialar dolaşır. Bu doğrudur?

- Bu tamamilə yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam. Qızım 8-ci sinfi bitirib. Kim yazıb, nə qələt edib bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.

- Qızınızın Aydın müəllimin sürücüsü Elnurla ilə münasibəti var?

- Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm. Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə. Onlar qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsti var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar. Qızımı heç kim zorlamayıb. 

- Ola bilər ki, Elnur sizin qızınızı qaçırmaq istəyib, siz "yox" deyəndən sonra ona təcavüz edib?

- Xeyir bu ola bilməz. Çünki mən qızımla Bakıya gəmişəm. Rayondan çıxmışam.

- Nəyə görə qızınızla rayondan çıxmısız?

- Mən şəkər adamam. Hər il 6 aydan bir müalicə alıram xəstəliyimə görə və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm?

- Qızınız hazırda hardadır?

- Qız mənimlə birlikdə Bakıdadır, hazırda qardaşımgildəyik.

- Qızınız özü haqda yazılanları oxuyubmu?

-Xeyir. Bizim internetlə əlaqəmiz yoxdur. Ona görə də biz belə şeyləri nə oxuyuruq, nə də görürük. 

- Lerik Rayon Polsi idarəsindən bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayıblar?

- Polis idarəsindən bu haqda mənimlə heç kim mənimlə əlaqə saxlamayıb. Tanışlar var maraqlanıblar. Mən də demişəm ki, hər kəs gedib öz ailəsi ilə maraqlansın, mənim ailəmlə işi olmasın. Bir də ki, əgər polisə şikayət olunmayıbsa, polis niyə mənimlə əlaqə saxlamalıdır?

- Qızınızı həmin oğlana verəcəksinizmi?

- Bəli. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşikkəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm.

- Bəs qızınız o oğlanı sevməsə, ona ərə getmək istəməsə nə olacaq?

- Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.

- Bəs oğlanın neçə yaşı var?

- Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır. 

- Bu məsələ ilə bağlı başqa kim sizinlə əlaqə saxlayıb?

- Lerik rayon icra hakimiyyətindən zəng etmişdilər. Mənə dedilər ki, təcili gəl, səninlə görüşək. Mən də dedim ki, Bakıdayam, xəstə adamam. Nə vaxta rayona gəlsəm, gələrəm. 

- Yazırlar ki, qızınızın intim videosu var deyə siz çox danışa bilmirsiz. Qorxursuz ki, birdən onu yayarlar..

- Onu kim yazırsa ... (söyüş söyür) Mənim qızımın adını belə şeylərdə hallandırmayın, ayıbdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.