banner
banner

Sosİal

Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Azərbaycanda azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı verdiyi sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb.

M.Əliyev əlavə edib ki, son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir.

 

Yeni regional məhkəmələrin təsis edilməsi, paytaxt və regionlarda yeni məhkəmə binalarının tikilməsi, məhkəmə fəaliyyətində ən son texnologiyaların-elektron məhkəmə sisteminin tətbiqi bu sahədə işin keyfiyyətinə səmərəli təsir göstərib.

M.Əliyev qeyd edib ki, həyata keçirilən tədbirlər əhalinin məhkəmələrə olan inamını yüksəldib. Bunun nəticəsi olaraq məhkəmələrə edilən müraciətlərin sayı ilbəil artır.

Nazir müavini bildirib ki, 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 20 dəfədən çox artıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.