banner
banner

Gündəm

Vüsal Hüseynov: Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir

| Xəbər 5937 dəfə oxunub
Vüsal Hüseynov: Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir

Bu gün beynəlxalq təşkilatlar qaçqınlıq problemini yaradan səbəblərdən çox nəticələrə köklənib. İllər üzrə artan statistikanı görürüksə, demək qlobal yanaşmada da dəyişikliklər edilməlidir. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib.

Xidmət rəisi bildirib ki, problemin əsas səbəblərindən biri də ikili yanaşmalar, münaqişələr, güc mərkəzlərinin bu məsələyə laqeydliyidir.

V.Hüseynov qeyd edib ki, qlobal səviyyədə səylər nə dərəcədə əhəmiyyətlidirsə, yerli səviyyədə də yanaşma bir o qədər çox mühümdür:

“Burada cəmiyyətin bütün üzvlərinin səyləri çox vacibdir. Ölkəmizdə bu sahədə əlaqələndirmə və koordinasiya çox yüksək səviyyədə tətbiq olunub. Azərbaycan qaçqınlarla bağlı problemin bir qismini həll edib. Bu bir təcrübədir, ancaq təəssüf ki, bu problemlər sosial məsələlərin həlli ilə bitmir. Biz bu şəxslərin öz ölkələrinə qayıtmasına fokuslanmalıyıq".

V.Hüseynov bildirib ki, Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir:

"Bu şəxslərin saxlanması, onlara ilkin yardımların göstərilməsi, təhsil, sosial məsələləri dövlətin diqqətindədir. Heç bir şəxs öz arzusu ilə qaçqın olmur, onun bu vəziyyətdən çıxması özünün iradəsi ilə mümkün deyil. Hesab edirəm ki, bu insanlar üçün ümid beynəlxalq təşkilatlardır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi