banner
banner

Sİyasət

Millət vəkilləri QDİƏT Parlament Assambleyasının iclasında iştirak edirlər

| Xəbər 5645 dəfə oxunub
Millət vəkilləri QDİƏT Parlament Assambleyasının iclasında iştirak edirlər

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyasında, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasında iştirak etmək üçün Albaniyanın paytaxtı Tirana şəhərində səfərdədir.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə Ə.Amaşovla yanaşı, deputatlar Jalə Əliyeva, Aydın Mirzəzadə və Musa Quliyev daxildir.

Sessiyada QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinlənilib, təşkilata üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Quliyev Siyasi və hüquqi məsələlər üzrə komitənin məruzəçisidir. Onun məruzəsi “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda olacaq. Həmçinin mədəniyyət, elm və sosial məsələlər üzrə komitə üzvləri, millət vəkilləri Jalə Əliyeva və Musa Quliyevin, İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitənin üzvü Ə.Amaşovun çıxışları da nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi