banner
banner

Şou

Rozanın geri qaytardığı maşının aqibəti necə oldu?

Rozanın geri qaytardığı maşının aqibəti necə oldu?

“Bilirsiz ki, şounun finalından sonra “MG”nin əməkdaşları bayram tətilinə ayrıldı. Mən elə bilirdim ki, maşının aqibəti 10-15 günə həll olunacaq. Amma 1 ay, 1 ay yarım ərzində “MG”nin rəhbəri Murad Dadaşov tərəfindən açıqlama veriləcək. Maşının həlli barədə məsləhətləri bərabər aparacağıq”.

Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri üğənni Roza Zərgərli deyib.  Sənətçi layihəni ərsəyə gətirən “MG” Pordakşınla danışıqlar apardığını bildirib:

“Müqaviləyə əsasən, mən maşını nə sata, nə kiməsə hədiyyə verə, nə də xeyriyyə məqsədi ilə istifadə edə bilməzdim. Ya maşının aqibəti üçün “Nissan”a, ya da “MG”yə müraciət etməli idim. Murad Dadaşov mənə daha yaxın olduğu üçün onlara həvalə etdim. Bu il həmçinin Dadaşovun rəhbər olduğu prodakşının 15 illiyidir.

Mənə elə gəlir ki, yubiley tədbiri ərəfəsində avtomobilin aqibəti həll olunacaq. Məgər maşının aqibəti insanları o qədərmi narahat edir? Qalib mənəm, mən də bildiyim kimi addım atdım. Onun aqibətinin nə olacağı barədə mən həyəcan keçirməliyəm. İnsanlar niyə narahat olur?”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".