banner
banner

Mədənİyyət

Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Berlin səhnəsində çıxış edib

| Xəbər 5260 dəfə oxunub
Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Berlin səhnəsində çıxış edib

Azərbaycanın Xalq Artisti Yusif Eyvazov və Rusiyanın Xalq Artisti Anna Netrebko Berlində, Ştaatsoper teatrının səhnəsində çıxış ediblər.

Yusif Eyvazov Alvis Hermanisin quruluşunda Cakomo Puççininin “Toska” operasında debüt edib. Anna Netrebko isə Harri Kupferin quruluşunda Cüzeppe Verdinin “Makbet” operasında çıxış edib.

Anna Netrebko (dramatik soprano) müasir opera səhnəsinin primadonnası, Rusiya Dövlət mükafatı laureatıdır. O, ilk klassik musiqiçidir ki, “Time Magazine”in reytinqinə - ən nüfuzlu insanların “Time-100”lüyünə daxildir. A.Netrebko Londonda “International Opera Awards” mərasimində 2017-ci ilin ən yaxşı müğənnisi adını qazanıb. “Forbes” jurnalının 2017-ci ildə Rusiyanın ən çox gəlir əldə edən musiqiçilərin reytinqində Anna Netrebko lider olub.

Dramatik tenor səsə malik, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov, həmçinin Canandrea Qavatseni fəxri medalına layiq görülüb. O, Milanın “La Skala” və Monte-Karlo Kral operalarının kollektivi ilə birlikdə dünya səhnələrini fəth edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi