banner
banner

Mədənİyyət

Azərbaycan “Next Stage Europe 2018” beynəlxalq teatr festivalında təmsil olunub

| Xəbər 1966 dəfə oxunub
Azərbaycan “Next Stage Europe 2018” beynəlxalq teatr festivalında təmsil olunub

Almaniyanın Potsdam şəhərində Höte İnstitutunun təşkilatçılığı və “LIT:potsdam” ədəbiyyat festivalının dəstəyi ilə “Next Stage Europe 2018” beynəlxalq teatr festivalı keçirilib.

Festivalda Azərbaycan, Rusiya, Belarus, Ukrayna və digər ölkələrdən gənc dramaturqlar iştirak ediblər. Ölkəmizi festivalda gənc yazıçı Ülviyyə Heydərova təmsil edib. O, festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılıb.

Potsdamın Hans Otto Teatrında keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, ümumiyyətlə, mədəniyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, mədəniyyətə dövlət tərəfindən böyük dəstək göstərilir.

Festival iştirakçıları Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olub, bu teatrın redaktorları Kristofer Hanf və Yonas Lüşerlə görüşüblər. Həmçinin Babelsberqdə Film və Televiziya Universitetinin Marlen Ditrix xiyabanında professor Torsten Şlyüz, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovski, Berlində Feliks Blok Erben müəllif və teatr agentliyində Gesun Pagels və Morits Staemlerlə görüşüb, müasir teatr tendensiyaları və dramaturgiya barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, iştirakçılar Berlindəki Höte İnstitutunda olublar, “Deutsches Theater”də tamaşaları izləyiblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi