banner
banner

İqtİsadİyyat

Bu il Azərbaycan Türkiyənin şərqindən 52 milyon dollarlıq mal idxal edib

| Xəbər 1196 dəfə oxunub
Bu il Azərbaycan Türkiyənin şərqindən 52 milyon dollarlıq mal idxal edib

Cari ilin 5 ayı ərzində Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) fəaliyyət bölgəsindən Azərbaycana 52 mln. dollar dəyərində ixracat həyata keçirilib.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, DAİB bölgəsinə Türkiyənin 17 şəhəri daxildir və bu bölgədən əsasən kənd təsərrüfatı, sənaye və mədən sektoru ilə bağlı məhsullar ixrac edilib.

Qeyd olunan dövrdə DAİB bölgəsindən ümumilikdə 171 ölkəyə 748 mln. 249 min dollar ixracat reallaşdırılıb ki, ixracatın böyük qismi 180 mln. dollarla İraqın payına düşür. İkinci pillədə 53 milyon dollarla İran, 3-cü pillədə isə 52 mln. dollarla Azərbaycan qərarlaşıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi