banner
banner

Krİmİnal

Bakıda qətl: Bankomatdan pul çıxardan gənc öldürüldü -YENİLƏNİB, FOTO

| Xəbər 4464 dəfə oxunub
Bakıda qətl: Bankomatdan pul çıxardan gənc öldürüldü

Bakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.

“Report” xəbər verir ki, Maştağa qəsəbəsində dava edənləri ayıran zaman 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu bıçaq xəsarəti alaraq ölüb.

Hadisə zamanı daha bir nəfər bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib.

***

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report” xəbər verir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

  

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi