banner
banner

Maraqlı

Alimlərdən qorxunc proqnoz: 100 min insan istidən ölə bilər

| Xəbər 11979 dəfə oxunub
Alimlərdən qorxunc proqnoz:
Qlobal istiləşmə 2100-cü ildə 100 min nəfərin ölümünə səbəb ola bilər.
Aparılan tədqiqatlara görə, 1981-2010-cu illərdə Avropada hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Kəskin istilərin 20-25 ildə bir dəfə müşahidə edilməsi normal hesab edilir, lakin son illərdə belə havalar tez-tez yaşanır və 2100-cü ilə qədər rəqəm təhlükəli ola bilər. Təkcə 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti səbəbilə dünyasını dəyişənlərin sayı 70 min nəfər olub. Asiyada da vəziyyət təhlükəli hesab edilir. 2015-ci ildə Hindistanda 2 min insan ölüb. 
18 ölkədən 116 alimin iştirakı ilə hazırlanmış "Fövqəladə hadisələrin iqlim çərçivəsindən izahı 2016" adlı hesabatda kəskin istilərin səbəbi kimi qlobal istiləşmə, iqlim dəyişikliyi göstərilir və həyəcan təbili çalınır.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi