banner
banner

İdman

Ronaldo hər oyundan əvvəl Neymarla söhbət edir

| Xəbər 11258 dəfə oxunub
Ronaldo hər oyundan əvvəl Neymarla söhbət edir

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo tez-tez yığmanın aparıcı üzvü Neymarla ünsiyyətdə olur.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, veteran futbolçu millinin DÇ-2018-dəki hər oyunundan öncə düşərgəyə gedir və 26 yaşlı hücumçu ilə fərdi söhbət edir. Ronaldo bu yolla Neymarı oyunlara kökləyir və ona özünə güvənməsi üçün köməklik göstərir. Onların tez-tez telefonda danışdığı da bildirilir. Bundan başqa, Ronaldonun yerli telekanal vasitəsilə də Neymara dəstək olduğu söylənilir.

Qeyd edək ki, PSJ-də zədələnən Neymar demək olar ki, mövsümün 2-ci hissəsində meydana çıxmamışdı. Ronaldo da “İnter”də oynayarkən oxşar hadisə ilə üzləşmiş və ağır zədədən sonra DÇ-2002-yə yollanmışdı



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi