banner
banner

İdman

Fabreqas Ronaldonun uğuruna kölgə saldı

| Xəbər 12668 dəfə oxunub
Fabreqas Ronaldonun uğuruna kölgə saldı

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas Kriştiano Ronaldonun DÇ-2018-dəki çıxışına qiymət verib.

Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, ispan futbolçu Portuqaliya millisinin liderinin mundialda 2 oyunda 4 qol vurması haqda danışarkən deyib:

“Hazırda Kriştianonun millidəki rolu başqadır. O, vaxtının çoxunu irəlidə keçirir və bütün meydan boyu hərəkət etmir. Rusiyadakı yarışın əsas ulduzlarındandır. Nəzərə alaq ki, 2 matçda 4 dəfə fərqlənməyi bacarıb. Bəli, Ronaldo yaxşı oynayır, amma hər şeyə real baxmalıyıq. Qollardan biri penaltidən, digəri cərimə zərbəsindən, başqa biri künc zərbəsindən sonra, digəri isə qapıçı de Xeanın səhvindən vurulub.

Demək olmaz ki, o və Poqtuqaliya millisi qol vurmazdan əvvəl yaxşı kombinasiya qurub. Ronaldonun haqqını danmaq olmaz. Amma o, ya standart vəziyyətlərdən, ya penaltidən və da rəqibin səhvlərindən fərqlənib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi