banner
banner

Sİyasət

AŞ PA-da Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunub

| Xəbər 7667 dəfə oxunub
AŞ PA-da Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunub

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunub.

Trend-in məlumatına görə, hesabat Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında Azərbaycanda prezident seçkilərini müşahidə edən 33 nəfərdən ibarət AŞ PA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea tərəfindən təqdim edilib.

Nümayəndə heyətinin rəhbəri bildirib: "AŞ PA seçkiləri müşahidə etdi. AŞ PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu işdə çalışdılar. Biz Azərbaycanda olanda nümayəndə heyəti 19 qrupa ayrıldı, Bakıda və yaxın rayonlarda səsvermənin gedişini izlədi".

V.R.Badea qeyd edib ki, Azərbaycan hakimiyyəti xarici müşahidəçilərə çox müsbət yanaşdı və müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət olmadı:

"Seçki orqanları səmərəli hazırlığı və seçkilərin keçirilməsini təmin etmək üçün zəruri resurslara malik idi".

AŞ PA-nın yay sessiyası iyunun 29-dək davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi