Avstraliya sakini Karlo Massetti bir ay ərzində 3 dəfə lotereyada qalib gəlib.
Trend-in məlumatına görə, Sidney şəhərinin 59 yaşlı sakini ilk dəfə iki bilet alıb və ikisidə uduşlu olub. Ümumilikdə iki bilet ona 2,5 milyona yaxın Avstraliya dolları qazandırıb.
Bundan sonra o 3-cü bileti alıb və yenidən bilet uduşlu olub. Bu bilet isə ona 48 min avstraliya dolları qazandırıb.
K.Massetti qazandığı pulun 50 min dollarını yerli xəstəxanaya ayırıb.