banner
banner

Maraqlı

"Instagram"da yeni funksiya işə salınıb

| Xəbər 2037 dəfə oxunub
"Instagram"da yeni funksiya işə salınıb

"Instagram" sosial şəbəkəsində videozəng funksiyasını həyata keçirən yenilənmə baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Instagram"ın rəsmi saytında məlumat yayılıb.

"İndi siz "Instagram Direct"də bir nəfərlə, yaxud bir qrup insanla videoçat qura bilərsiniz. Sizin dostlarınız artıq "Instagram"dadır, iOS və Android vasitəsilə onlarla asan yolla əlaqə saxlaya bilərsiniz", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, videoçat vasitəsilə eyni vaxtda, heç bir məhdudiyyət olmadan 4 nəfərlə əlaqə saxlamaq mümkündür. "Siz videoçata nə qədər istəsəniz, dostunuzu gətirə bilərsiniz", - deyə məlumata əlavə edilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi