banner
banner

Maraqlı

Xərçənglə qocalma arasında inanılmaz əlaqə aşkarlandı

| Xəbər 2569 dəfə oxunub
Xərçənglə qocalma arasında inanılmaz əlaqə aşkarlandı

Xərçəngə qarşı dərmanın axtarışları qocalma ilə xərçəng arasında inanılmaz əlaqəni üzə çıxarıb. Alimlər əmin edir ki, bu tapıntı qocalma prosesinin bədxassəli şişlərin inkişafından qorunma mexanizmi olduğunu bir daha isbat edib.

Oxu.Az xəbər verir ki, bu haqda elmi məqalə “Journal of Biological Chemistry” jurnalında dərc olunub.

“Çox sevinirik ki, qocalma ilə xərçəngə tutulma riski arasında əlaqəni üzə çıxaran azı bir qoruyucu mexanizmi tapa bilmişik. Nəticədə həm bu, həm də digər problemi aradan qaldıra biləcəyimizə ümid edirik.”, - deyə Cənubi Kaliforniya Tibb Universitetinin tədqiqat qrupunun üzvü Besim Öğretmen bildirib.

Bioloji nöqteyi-nəzərindən, döl hüceyrələri və embrionun kök hüceyrələri faktiki olaraq ölümsüzdür. Onlar münasib şəraiti olan mühitdə faktiki olaraq müddətsiz şəkildə yaşaya və dəfələrlə parçalana bilər.

Bunun tam əksinə olaraq, yaşlı insanın bədən hüceyrələri 40-50 parçalanma dövrəsindən sonra parçalanma qabiliyyətini itirir və beləcə orqanizm qocalma mərhələsinə qədəm qoyur. Parçalanma prosesi durğunlaşdığından, xərçəng şişlərinin meydana gəlməsi riski azalır.

Alimlər hesab edir ki, bu yolla hüceyrələr öz genomunda mutasiyaların inkişafı ehtimalı kritik həddə çatan zaman parçalanma təzyiqini azaltmaqla özlərini və ümumilikdə sahibinin orqanizmini xərçəng inkişafından qoruyur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi