banner
banner

Hərbİ

Müdafiə Nazirliyi Naxçıvan istiqamətində atışmanı təkzib edib

Müdafiə Nazirliyi Naxçıvan istiqamətində atışmanı təkzib edib

Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyi bildirir ki, Artsurun Ovanisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun “yüngül yaralanması” barədə məlumat yayıb. “Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.

Qeyd edək ki, Artsurun Ovanisyanın iddiasına görə Azərbaycan ordusunun bölmələrinin mühəndis işlərinin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələri atəş açıb. Bu zaman ordumuzun postlarından birinin “dağıldığı”, ancaq atışma zamanı 1974-cü ildə anadan olmuş erməni hərbi qulluqçu Vahan Baqdasaryanın da “yüngül yaralandığı” bildirilir.

 

Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin aprel-may aylarında keçirdiyi əməliyyat nəticəsində 11 min hektara yaxın ərazi düşmən nəzarətindən çıxarılıb, ordumuz Ermənistanla sərhəddə yeni strateji yüksəkliklərdə möhkəmlənib. Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsini israrla təkzib edib, daha sonra fakt təsdiqlənib, ancaq deyilib ki, Ermənistan ordusu “vəziyyətə nəzrət etməkdədir”. Daha sonra Artsurun Ovanisyan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsinə görə azərbaycanlı çobanların təhlükə altında qaldığını demişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - FOTOLAR

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub. Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib. Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış. Onun bir oğlu qalıb. Qafqazinfo.az

Dünən ölən hərbçimizin FOTOSU

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Göldə batan şəxsləri xilas etmək istəyərkən boğularaq ölən polisin medalı ailəsinə təqdim edildi - FOTO

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

Qazilərə bu güzəştlər olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

Hikmət Mirzəyev 56 yaşında...

44 gün davam edən Vətən müharibəsinin fatehi, Şuşanın alınmasında Ali Baş Komandanın təbrik zəngini böyük qürurla dinləyən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev. Bu gün Şuşa fatehinin doğum günüdür.

Hərbçimiz Ermənistana keçib? - MN

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.