banner
banner

Sağlamlıq

Pis ekologiya şəkərli diabeti bəsləyir

| Xəbər 1411 dəfə oxunub
Pis ekologiya şəkərli diabeti bəsləyir

Şəkərli diabet xəstələrinin artması təkcə piylənmə epidemiyası ilə bağlı deyil. Novator.az xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin alimləri belə qənaət açıqlayıb. Mütəxəssislər hesab edir ki, şəkərli diabet xəstəliyinə tutulma hallarının 14%-i pis ekologiyanın təsiridir. Alimlərin qənaəti artıq çəki və piylənmənin o qədər də çox olmadığı Papua-Yeni Qvineyanın və bir sıra Afrika ölkələrinin statistikasına əsaslanır.

Mütəxəssislərin hesabatında deyilir ki, atmosferdəki zərərli maddələrin konsentrasiyası aşağı olduqda da (hər kubmetr üçün 2,4 mikroqramdan artıq miqdarda) diabet xəstəliyi inkişaf edə bilər. Araşdırma göstərib ki, havada zərərli maddələrin konsentrasiya həddi normanı 4-5 dəfə keçərsə, həmin bölgələrdə yaşayan insanların diabetə tutulma göstəricisi pis ekologiyaya məruz qalmayan ölkələrin əhalisinə nisbətən 21% çox olar.

ABŞ-ın Kaliforniya Universitetinin bir qrup alimi isə gündə bir ovuc qoz ləpəsi yeməyin 2-ci növ şəkərli diabet riskini 50% azaltdığı qənaətindədir. Onlar 34 min amerikalı üzərində tədqiqat aparıb. Tədqiqat iştirakçıları orta hesabla gündə 1,5 xörək qaşığı qoz ləpəsi qəbul ediblər. Həmin porsiyanın iki dəfə artırılması diabetin yayılmasının qarşısını 47% azaldıb. Mütəxəssislər qozun əqli inkişafa və ürəyin fəaliyyətinə də müsbət təsir göstərdiyini qeyd edirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi