banner
banner

Maraqlı

Saçımız niyə tez ağarır? Səbəblər

Saçımız niyə tez ağarır?

Cəmiyyətdə saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər.

Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur.

Bəs bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır?

Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.

Terapevt Anar Ağayev Xeberle.com-a bildirib ki, saçın erkən yaşlarda ağarmasının əsas səbəbi irsi faktorlarla bağlıdır:

"Saçların erkən ağarması 30-50 faiz irsiyyətlə bağlıdır. İrsiyyətlə bağlı saç ağardıqda onun qarşısını almaq mümkün deyil, çünki bu artıq onun genetik fondunda var və nəsildə özünü göstərir. Maddələr mübadiləsinin pozğunluğu, vitamin və mikroelementlərin çatışmazlığı ilə bağlı da saçların ağarması mümkündür. Əslində hər şey uşaqlıqdan başlayır. Uşaqların düzgün qidalanmaması daha sonra bu kimi problemlərin yaranması ilə nəticələnə bilər. Stress, qorxu, həyəcan mühitində çalışmaq da saçların ağarma səbəblərindən biridir. Hər saç teli rəngini "melanosit” adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır. Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.Çünki bizim dərimizə, saçımıza qara rəng verən "melanosit” piqmentidir.Bu piqment çatışmayanda dərimizdə ağ-ağ ləkələr əmələ gəlir ki, bu xəstəliyə də vitiliqo deyilir”.

A. Ağayev erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsini tövsiyə edir.

Psixoloq Elvira Əliyeva isə erkən yaşlarda saç ağarmasını stresslə əlaqələndirir: "Stress bütün xəstəliklərə təkan verən amil olduğu kimi, eyni zamanda saçların ağarmasını da sürətləndirə bilir. Stresslə yanaşı üzüntü, işsizlik, yaxınların erkən itirilməsi də saçın ağarmasını sürətləndirən amilərdəndir. Saçın ağarmasına genetik faktorların da rolu yüksəkdir. Bəzən insan çox üzüntü keçirsə də, bu onda saçların ağarması ilə müşahidə olunmaya bilər. Deməli, həmin insanın orqanizmi saç ağarmasına qarşı həssas deyildir. Saç ağarmasına bir çox xəstəliklər də səbəb ola bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.