banner
banner

Hərbİ

BQXK: Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlər aradan qaldırılmalıdır

| Xəbər 1945 dəfə oxunub
BQXK: Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlər aradan qaldırılmalıdır

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.

Müxtəlif qoşun növlərindən olan zabit heyətinin iştirak ilə keçirilən tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları çatdırıb.

O, təşkilatın komponentləri, fəaliyyətləri və rolları barədə danışıb, eyni zamanda neytral, müstəqil və qərəzsiz bir qurum BQXK-nın müstəsna humanitar missiyasının müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayıb.

 

BQXK-nın Azərbaycandakı nümayəndəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərin aradan qaldırılması, eləcə də beynəlxalq humanitar hüququn təbliği və tətbiqi ilə bağlı məsələlərə də toxunub.

Görüşdə, həmçinin şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi, hərbi əsirlərlə rəftar qaydaları barədə məlumat verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi