banner
banner

Mədənİyyət

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

| Xəbər 950 dəfə oxunub
Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransının iyulun 15-20-də Bakı şəhərində keçirilməsi qərara alınıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edəcək. Konfrans çərçivəsində Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında müxtəlif tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin ayrılmaz qolu olan musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Xalqımızın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf edib və zənginləşib. Ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı (2008), Azərbaycan aşıq sənəti (2009), tar və onun ifaçılıq sənəti (2012) UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi