banner
banner

Krİmİnal

Qazaxda yol qəzası - Çoban xəstəxanaya düşdü, 57 baş qoyun tələf oldu

| Xəbər 1499 dəfə oxunub
Qazaxda yol qəzası - Çoban xəstəxanaya düşdü, 57 baş qoyun tələf oldu

Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

 

Qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi