banner
banner

Gündəm

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

| Xəbər 1637 dəfə oxunub
Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri -qanuni aksiya keçirməyə cəhd göstərib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı DİN yayıb. Polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb.

30 a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşının xəsarət aldığı bildirilir.

Musavat.com xəbər verir ki, yaralananlardan biri də Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevdir. Cinayətkar dəstə üzvlərinin kəsici alətlə - xəncərlə xəsarət yetirdiyi rəis müavininin dünyasını dəyişdiyi bildirilir.

Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

 

 

AKSİYA 1.jpeg (35 KB)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi