banner
banner

Sİyasət

Hikmət Hacıyev: Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kampaniya siyasi şouya çevrilib

| Xəbər 1775 dəfə oxunub
Hikmət Hacıyev: Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kampaniya siyasi şouya çevrilib

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya göstərir ki, bu, bir siyasi şouya çevrilib.

Trend-in məlumatına ggörə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev deyib ki, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır:

"Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Hökumət bu 100 gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atmaq əvəzinə, belə populist addımlarla öz reytinqini saxlamağa çalışır".

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti göstəricisidir:

"Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi