banner
banner

Gündəm

Polis zabiti: Gəncədə baş vermiş faciəvi hadisə vandalizm aktı kimi qiymətləndirilməlidir

| Xəbər 2349 dəfə oxunub
Polis zabiti: Gəncədə baş vermiş faciəvi hadisə vandalizm aktı kimi qiymətləndirilməlidir

"Gəncə şəhərində baş vermiş faciəvi hadisə hər bir azərbaycanlı kimi bizi də sarsıdıb".

Bu barədə Trend-ə Gəncə şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, polis polkovnik-leytenantı Məhəmməd Hümbətov deyib.

O qeyd edib ki, bu hərəkət vandalizm aktı kimi qiymətləndirilməlidir:

"Biz bu hadisəni vandalizm, dini radikalizm kimi qiymətləndirir və pisləyirik. Hər bir cinayətkar bilsin ki, Azərbaycan qanunları qarşısında gec-tez cavab verməli olacaq".

 

M.Hümbətov bildirib ki, Azərbaycan polisi baş vermiş bu hadisəni yaddan çıxarmayacaq, bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi