banner
banner

İqtİsadİyyat

Sahil Babayev: Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır

| Xəbər 2641 dəfə oxunub
Sahil Babayev: Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəlikdə yer alan mövzudur.

Trend-in məlumatına görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur:

“Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir”.

Nazir qeyd edib ki, Azərbaycan özəl pensiya fəaliyyətinin inkişafında maraqlıdır və bununla bağlı özəl sektorun təkliflərini dinləməyə hazırdır:

“Özəl pensiya fondlarının yaradılması və onların inkişafı öz növbəsində özəl sektorun inkişafını dəstəkləyəcək. Bu gün Azərbaycanda həyatın yığım sığortası qüvvədədir ki, bunu özəl pensiya fondlarına alternativ kimi qəbul etmək olar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi