banner
banner

Sosİal

Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla yük gətirilməsinin qarşısı alınıb

| Xəbər 2385 dəfə oxunub
Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla yük gətirilməsinin qarşısı alınıb

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98 120 kq ağ sement və 24 500 kq polietilen yükləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi