banner
banner

Dünya

Çində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib

| Xəbər 1679 dəfə oxunub
Çində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib

Çinin şərqində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin quraqlıq və daşqınların nəticələri ilə mübarizə üzrə dövlət idarəsindən bildiriblər.

"Mariya" tayfunu Çinin şərq sahillərində yerləşən Futszyan və Çjetszyan əyalətlərində güclü yağışlara və küləklərə səbəb olub. Çinin meteoroloji idarəsi tayfunun təsiri altına düşən ərazilər üçün ən yüksək "qırmızı" xəbərdarlıq səviyyəsi elan edib.

 

Futszyan əyalətində ümumilikdə 193 min nəfər, Çjetszyan əyalətində isə 391 min nəfər daha təhlükəsiz yerlərə təxliyə edilib. Bütün əyalətdə 20 mindən artıq balıqçı gəmisi limanlara qayıdıb.

Tayfunun təsiri altına düşən əyalətlərdə dəmiryolu əlaqəsi və aviaəlaqə tamamilə dayandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi