banner
banner

İdman

"Neftçi" – "Uypeşt" oyununa 60 faizdən artıq bilet satılıb

| Xəbər 1191 dəfə oxunub
"Neftçi" – "Uypeşt" oyununa 60 faizdən artıq bilet satılıb

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyununa bilet satışı davam edir.

Trend-in Bakı klubunun saytına istinadən verdiyi məlumata görə, satışa çıxarılmış 6000 ədəd biletin 60 faizdən çoxu satılıb. Qiyməti 1, 2, 5 və 20 (VIP yerlər) AZN təşkil edən biletlərin satışı saat 13:00-da "Dalğa Arena”ya köçürüləcək.

 

Xatırladaq ki, azarkeşlərimizin oyuna gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi