banner
banner

Sosİal

Rayonlarda leysan yağışlar yağacaq, daşqın ehtimalı var - XƏBƏRDARLIQ

| Xəbər 1695 dəfə oxunub
Rayonlarda leysan yağışlar yağacaq, daşqın ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Trend-ə daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

 

Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi