banner
banner

Şou

Ərdoğanı təhqir edən müğənni həbs olundu

| Xəbər 1543 dəfə oxunub
Ərdoğanı təhqir edən müğənni həbs olundu

Müğənni və aktrisa Zuhal Olcay həbs olunub.
Buna səbəb Zuhalın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etməsidir. 

İfaçının əvvəlcə 4 il 8 aya qədər həbsi istənilsə də, İstanbul Ədliyyə Məhkəməsi müğənninin içkili olmasını nəzərə alaraq, ona 11 ay 20 gün həbs cəzası verib.

Qeyd edək ki, müğənni 2016-cı ildə İstanbulun Kadıköy ərazisində səhnədə çıxış edib və “Boş vermişim dünyayı” mahnısının sözlərini dəyişərək Ərdoğan haqqında nalayiq ifadələr işlədib. Olcayın məkandan çəkilən görüntüləri prokurorluğa təqdim olunub.

İfadəsində sənətçi içkili olduğunu və tamaşaçılardan birinin ona prezident haqda söz atdığı zaman həmin sözləri dediyini qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi