Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
Azərbaycan Xalça Muzeyi oktyabrın 25-27-də Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” adlı simpoziumuna ev sahibliyi edəcək.
Muzeyin mətbuat xidmətindən bildirilib ki, bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq. Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, “Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.
Stefani Bunn San Andyus (St Andrews) Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn, həmçinin “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hal-hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.
Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.
Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.