banner
banner

Mədənİyyət

Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

Rusiyanın Xalq Artisti Anna Netrebko və Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Baden-Baden opera evində (Festspielhaus Baden-Baden) çıxış edəcək.

AZƏRTAC Baden-Baden opera evinin saytına istinadla xəbər verir ki, iyulun 20-də və 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının kollektivinin qastrolu çərçivəsində Françesko Çileanın “Adriana Lekuvryor” operasının premyerası olacaq. Səhnə əsərində Adriana Lekuvryorun partiyasını Anna Netrebko, Mauritsionun partiyasını isə Yusif Eyvazov ifa edəcək.

Operanın Mariya Teatrında premyerası 2017-ci ilin iyun ayında olub.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər