banner
banner

İqtİsadİyyat

“Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətlərindən biri ləğv edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətlərindən biri ləğv edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin icazəsi ilə yol verilib. “Azərbaycan Dəmir Yolları” QSC öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirib. Dəyişikliyə əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirmək səlahiyyəti də ləğv olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.