banner
banner

Sosİal

Zoologiya İnstitutu: Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb

Zoologiya İnstitutu: Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb

Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib.

Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.

Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib.

O qeyd edib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir:

"Bunlar ərazi etibari ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var".

 

E.Yusifov yaşayış yerlərində ilanların olmaması, insanların özlərini ilanların təhlükəsindən qoruması üçün lazım olan yolları da açıqlayıb.

O qeyd edib ki, ilanların ərazidə olmaması üçün divarlarda olan çatlar, dəliklər mütləq suvanaraq bağlanılmalıdır:

"Çünki ilanlar özlərinə yuva salmırlar. Onlar həmin o çatlarda, çəpərlərin dəliklərində yaşayırlar. İlanlar adətən özlərini qızdırdıqdan sonra kölgəliyə - evlərin zirzəmilərinə daxil olurlar. Buna görə zirzəmilərin girişləri məhdudlaşdırılmalıdır. Hazırda həm də tarla, məhsul yığımı mövsümüdür. İnsanlar tarlalara gedəndə özlərini ilan sancmalarından qorumaq üçün təhlükəsizlik qaydalarına riayət etməlidirlər. İlk növbədə boğazlı çəkmə geyinilməlidir. Təəssüf ki, mən rayonlarda insanların tarlalarda çəkələk geyinərək işlədiyini görürəm. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir".

E.Yusifov qeyd edib ki, meşədə istirahətə gedənlərin də əllərində gəzərkən bir çubuq olmalı və onunla çığırları tərpətməlidirlər:

"Nəzərə almaq lazımdır ki, indi ilanların aktivliyinin ən pik dövrüdür. Onlar oktyabrın sonunadək aktiv olacaqlar. Sonradan - soyuqlar düşdükdə isə ilanlar qış yuxusuna gedəcəklər".

Azərbaycandakı ilanların hamısının zəhərli olmadığını da açıqlayan institut direktoru ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin – gürzənin insan həyatı üçün təhlükəli olduğunu söyləyib:

"Amma çox təəssüf ki, bizdə ekoloji maarifləndirmə, fauna bilikləri qənaətbəxş olmadığından insanlar qarşılarına çıxan bütün sürünənləri zəhərli sayaraq onları öldürürlər. Qırmızıqarın təlxə, zeytun təlxə, dağ təlxəsi tam təhlükəsiz canlılardır. Onların insan həyatı üçün heç bir təhlükəsi yoxdur. Amma el arasında onlara əfi ilan, şahmar ilan deyərək öldürürlər. Yaxud koramal da tam təhlükəsizdir. Yeri gəlmişkən qeyd edim ki, koramal ümumiyyətlə, ilan deyil. O, təkamül dövründə ayaqlarını itirib, amma Azərbaycanda el arasında ona "ilana zəhər verən" deyirlər və öldürürlər. Bunlar isə yolverilməzdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.