banner
banner

Mədənİyyət

Yaponiya Azərbaycan rəssamlarının gözü ilə

| Xəbər 2285 dəfə oxunub
Yaponiya Azərbaycan rəssamlarının gözü ilə

Sakura Azərbaycan–Yaponiya İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Yaponiya–Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib.

Tədbir Azərbaycan Rəssamlar İttifaqının, Yasamal rayon Yeni Azərbaycan Partiyasının, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə reallaşıb.

Tədbirdə gənc və istedadlı rəssamların yağlı boya ilə kətan üzərində Yaponiya mədəniyyətini, təbiətini, idmanını, incəsənətini tərənnüm edən gözəl şəkillər və əl işləri sərgilənib. Sərginin ərsəyə gəlməsində xüsusi əməyi olan gənc rəssamlar –Elnurə və Aygün İsgəndərova bacıları bu tədbirin təşkilinə dəstək olan təşkilatlar tərəfində diplomla təltif olunublar.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Sakura Azərbaycan-Yaponiya İctimai Birliyinin sədri Təranə Hüseynzadə gənc rəssamlar arasında belə sərgilərin təşkil olunmasını yüksək dəyəndirib və bunun Yaponiya mədəniyyətini Azərbaycan xalqına tanıtdılmasına böyük töhfə verəcəyini söyləyiblər.

Tədbirdə gənc rəssamlara diplomlar və “Salam Yaponiya” jurnalı hədiyyə edilib.

Sonda Yaponiya mədəniyyətini təzahür edən maraqlı bədii proqram təqdim olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi