banner
banner

Mədənİyyət

“YARAT”da növbəti tədbir XX əsrdə yaşayıb-yaradan rus ədiblərinə həsr ediləcək

| Xəbər 3229 dəfə oxunub
“YARAT”da növbəti tədbir XX əsrdə yaşayıb-yaradan rus ədiblərinə həsr ediləcək

İyulun 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Qatarın gəlməsi” adlı poeziya axşamı keçiriləcək.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin iştirakı ilə reallaşacaq gecədə XX əsrdə yaşayıb-yaradan, amansız zamanın qurbanlarına çevrilən rus şairlərin taleyindən bəhs olunacaq. XX əsri rus poeziyası tarixində ən gözəl, eyni zamanda ən çətin dövr kimi adlandırırlar. İnqilablar, müharibələr, mühacirətlər, repressiyalar... Yüzillik sərt polad maşını kimi, relslər boyunca irəliləyərək öz yolunda heç kimə aman vermədi. Dövr dahilər və şedevrlər yaradırdı, amma, eyni zamanda, dəhşətli, məhvedici gücə sahib idi.

Hər kəsin qatıla biləcəyi tədbir rus dilində aparılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi