banner
banner

Mədənİyyət

“Atəşgah məbədi” ilə tanışlıq İtaliya Prezidentinin qızı Laura Mattarellada xoş təəssüratlar yaradıb

| Xəbər 2093 dəfə oxunub
“Atəşgah məbədi” ilə tanışlıq İtaliya Prezidentinin qızı Laura Mattarellada xoş təəssüratlar yaradıb

Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella iyulun 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

Məbədlə tanışlıq zamanı qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

Diqqətə çatdırıldı ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

Məlumat verildi ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.

Qonaq “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan xoş təəssüratla ayrıldı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi