banner
banner

İqtİsadİyyat

FAO-dan Azərbaycanda qida təhlükəsizliyi barədə ÖZƏL

| Xəbər 1796 dəfə oxunub
FAO-dan Azərbaycanda qida təhlükəsizliyi barədə ÖZƏL

Qida məhsullarının bütün tədarük zənciri çərçivəsində operatorlara dəstək Azərbaycanda ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Bu barədə Trend-ə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.

M.Çakmak qeyd edib ki, qida təhlükəsizliyi üzrə səmərəli və səlahiyyətli agentliyin yaradılması yalnız ilk addımdır:

"Fermerlərə, istehsalçılara, ticarətçilərə və qida məhsullarının tədarük zəncirinin digər subyektlərinə də dəstək verilməlidir. Bunu müxtəlif treninqlərin keçirilməsi, proqramların hazırlanması və müxtəlif sektorlarda səmərəli istehsalat təcrübəsi üçün ümumi qaydaların köməyi ilə, həmçinin ictimaiyyətin daha da məlumatlandırılması üzrə kampaniyalarla və FAO-nun müxtəlif layihələri çərçivəsində digər tədbirlərlə təmin etmək mümkündür. Qida məhsullarının bütün tədarük zənciri çərçivəsində operatorlara dəstək vermək vacibdir".

 

O əlavə edib ki, bundan başqa, daha mühüm aspektlərdən biri də yeni şərtlərlə lazımi sərhəd nəzarətidir.

FAO-nun Azərbaycandakı fəaliyyətinə də toxunan M.Çakmak bildirib ki, hazırda təşkilat ölkədə fitosanitar yoxlamalar və diaqnostik xidmətlərin gücləndirilməsi üzrə layihələri, torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanmasını və müvafiq pilot layihəni və s. həyata keçirir.

Ofis rəhbəri deyib ki, adıçəkilən və digər layihələr 2019-cu ildə də davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi