banner
banner

İqtİsadİyyat

Gələn il Gəncədə süni mərmər və qranit istehsalı zavodu işə düşəcək

| Xəbər 2707 dəfə oxunub
Gələn il Gəncədə süni mərmər və qranit istehsalı zavodu işə düşəcək

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisəsinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, meyvəçilik, müasir texnologiyalar əsasında mebel istehsalının təşkili, soyuducu anbar kompleksinin tikintisi, mehmanxana kompleksinin genişləndirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

 

Göygöldə keçirilmiş qəbulda Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, ixracın genişləndirilməsinə dəstək mexanizmlərindən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında və "Facebook" səhifəsində yaradılmış xüsusi bölmədə qabaqcadan elan verilib və bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə keçirilən vətəndaş qəbulu çərçivəsində Gəncədə fəaliyyət göstərən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun tikintisi ilə tanış olub. Qeyd edək ki, innovativ və yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin 2019-cu ilin birinci yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulur. Ümumi investisiya dəyəri 46,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzətli kredit ayrılıb. Zavodda İtaliyanın bu sahədə aparıcı şirkətlərinin avadanlıqlarından istifadə olunmaqla ildə 3 milyon kv.m süni mərmər, keramik qranit, metlax və digər məhsullar istehsal olunacaq. Müəssisənin məhsullarının daxili tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara da ixracı nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması ildə təqribən 30 milyon manatdan çox vəsaitin ölkədən çıxmasının qarşısının alınmasına səbəb olacaq.

Zavodda 280 yeni iş yeri açılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi