banner
banner

Krİmİnal

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

| Xəbər 3987 dəfə oxunub
AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

 

Hökmə əsasən, Ş.Əkbərov 18 il, Z.Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi