banner
banner

Krİmİnal

Bu il 1300-ə yaxın şəxs narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub

| Xəbər 1497 dəfə oxunub
Bu il 1300-ə yaxın şəxs narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub

2018-ci ilin 6 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1 287 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1 070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1 271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya Respublikasının vətəndaşı olublar.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30 131 nəfər qeydiyyatda olub ki, onlardan 25 139 nəfəri dispanser, 4 992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2 115 nəfər yeni qeydiyyata götürülüb, 1 432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib ki, onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7 061 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6 833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5 137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 7 061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır.

01.07.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4 568 nəfər təşkil edib ki, onların da 1 853 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi